Accessibility links

Çeçen Prezidenti Əhməd Qadırov dəfn edilib - 2004-05-10


Çeçenistan prezidenti Əhməd Qadirovun doğma kəndi Sentoroyda təşkil edilmiş dəfn mərasimində minlərlə adam iştirak etmişdir. Prezident Əhməd Qadirov 9 may qələbə günü münasibətilə təşkil edilmiş parad zamanı bomba partlayışı nəticəsində həlak olan 6 nəfərdən biridir. Həlak olanlar arasında olan Çeçenistanın Dövlət Şurasının sədri Hüseyn İsayev də bu gün islam ənənələri ilə torpağa tapşırılmışdır. Hadisə zamanı Rusiyanın Çeçenistandakı hərbi qüvvələrinin komandiri Valeri Baranov ağır yaralanmışdır. Ayağının biri kəsildikdən sonra cənab Baranovun vəziyyətinin sabit olduğu bildirilir. Çençenstanda təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Çeçenistanda səfərdə olan Rusiyanın Baş prokuroru Sergey Fridinski hadisə ilə bağlı heç kim həbs edilmədiyini və istintaq davam edirildiyini deyir. Bu əməliyyatın məsuliyyətini üzərinə götürən yoxdur. Lakin Rusiyanın rəsmiləri əməliyyatın məsuliyyətini dərhal Çeçen separatistlərinin üzərinə atmışdılar. Çeçenstanın müvəqqəti prezidenti Serqey Abramov dünən prezident Putin ilə Moskvada görüşdükdən sonra bu gün vətəninə qayıdıb. Prezident Putin hücuma cavab veriləcəyini bidirib. Dünənki hücum Çeçenstan münaqişəsinin Rusiya üçün hələ də ciddi bir problem olduğunu göstərir. Rusiyanın bəzi siyasətçiləri Kremli Çeçenstanı birbaşa idarə etməyə çağırıblar.

XS
SM
MD
LG