Accessibility links

Qəzzada ondan artıq adam öldürülüb - 2004-05-11


Qəzzada gün boyu aparılan döyüşlər nəticəsindən 6 İsrail əsgəri və 6 fələstinlinin qətlə yetirildiyi xəbər verilir. İsraillilər Həmas tərəfindən yerləşdirilmiş bombanın onların zirehli maşınını dağıtması ilə həlak olmuşlar. Zirehli maşın fələstinlilərin silah anbarlarının axtarışı məqsədi ilə Qəzzaya göndərilən İsrail qüvvələrinə məxsus idi. Fələstinlilər isə İsrailin döyüş vertolyotlarından açılan atəşin qurbanı olmuşlar. Hadisə zamanı 100-dən artıq fələstinlinin yaralandığı bildirilir.

XS
SM
MD
LG