Accessibility links

Hindistanın baş naziri istefa verir - 2004-05-13


Hindistanın baş naziri Atal Behari Vəcpayi parlament seçkilərində zəif nəticələrdən sonra vəzifəsindən istefa verərək İtaliya mənşəli Konqres partiyasının üzvü Sonya Qandinin baş nazir olmasına yol açır. Bharatiya Canata partiyasının üzvü olan cənab Vəcpayi istefasını yeni hökumət formalaşana qədər onun vəzifəsini icra etməsini istəyən prezident Əbdül Kəlama təqdim edib. Konqres partiyasının üzvləri Sonya Qandinin baş nazir olmasını istədiklərini bildiriblər, lakin hindlilər arasında xarici ölkədə anadan olan şəxsin bu vəzifəni tutmasına etiraz edənlər var.

XS
SM
MD
LG