Accessibility links

300 İraqlı dustaq azadlığa buraxılıb - 2004-05-14


Birləşmiş Ştatların hərbi qüvvələri bu gün 300 İraqlını onların saxlandıqları Bağdadın yaxınlığındakı Əbu Ğrayb həbsxanasından azadlığa buraxıb. Amerika qüvvələrinin bu addımı Birləşmiş Ştatlar Müdafiə Naziri Donald Ramsfeldin son skandalın mərkəzi obyekti olan Əbu Ğrayb həsbxanasına səfərindən 1 gün sonraya təsadüf edir. Yenicə əldə edilmiş azadlılarından dərin sevinc hissi keçirən məhbuslar həbsxanada saxlanılanların sayının azaldılması yönümündə həyata keçirilən proqramın tərkib hissəsi olaraq azadlığa buraxılmışlar. Bu arada çapdan çıxmış hesabata görə, hərbi tribunala verilmiş Amerikalı əsgərlərdən biri günahkar olduğunu etiraf etmişdir. Hərbi polis Jeremy Sivits müstəntiqlərə məhbusların döyülməsi, soyundurulması və alçaldıması ilə bağlı ətraflı məlumat verib.

XS
SM
MD
LG