Accessibility links

ABŞ Əfqanıstandakı hərbiçilərinin zorakılıqları barədə təhqiqatlara başlayıb - 2004-05-15


Birləşmiş Ştatların Əfqanıstandakı hərbi qüvvələri bildirirlər ki, Əfqanıstan məhbuslarının Amerika hərbiçiləri tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı ittihamlar barədə təhqiqat aparırılır. Birləşmiş Ştatların leytenent-polkovniki Taker Mansagerin bildirdiyinə görə təhqiqatlar cümə axşamı günü əldə edilən məlumata əsaslanır. Çərşənbə günü isə Birləşmiş Ştatlar hərbiçiləri bir əfqan məhbusunun keçən il Amerika əsgərləri tərəfindən döyüldüyü və seksual təzyiqlərə məruz qaldığı ilə bağlı şikayətinə əsasən istinataqa başlanıldığını bildirmişdi. Eyni zamanda Birləşmiş Ştatlar hərbiçiləri iki əfqan məhbusunun 2002-ci ilin dekabrında, üçüncunun isə keçən ilin iyun ayında vəfatı ilə əlaqədar istinataq aparırlar. Hərbi nümayəndələrin dediyinə görə təhqiqatlar tam başa çatmayınca bu barədə heç bir məlumat verilməyəcək. Birləşmiş Ştatlar hərbiçilərinin İraq məhbuslarına qarşı təzyiqləri barədə nümayiş etdirilən fotoşəkillər və məlumatlardan sonra əfqan məhbuslarına qarşı təzyiqlərə xüsusi diqqət yetirilməyə başlanmışdır. Leytenant-polkovnik Mansager təhqiqatların Birləşmiş Ştatların cinayətlər üzrə müstəqil Hərbi İstintaq Diviziyası tərəfindən aparıldığını deyir. Polkovnik Mansager bildirib ki, Beynəkxalq Qırmızı Xaç Komitəsi müntəzəm olaraq Birləşmiş Ştatların Əfqanıstandakı Baqram Hərbi Hava Bazasındakı həbsxanadakı vəziyyəti monitoring edir və hazırda hərbi qüvvələr tərəfindən digər həbbsxanaların yoxlanışı ilə bağlı tələb nəzərdən keçirilir. İnsan Hüquqlqrı Tətkilatları ordu tərəfindən aparılan istintaqların qeyri-şəffaflığı və illərlə uzadıldığından şikayətlənirlər. Onlar həmçinin bildirirlər ki, Qırmızı Xaçın aşkar etdiyi faktları açıqlamamasına görə onlar həmin həbsxanalara getməlidir.

XS
SM
MD
LG