Accessibility links

K.Pauel İsrailin son qərarını tənqid edir - 2004-05-16


ABŞ Dövlət Katibi Kolin Pauel Birləşmiş Ştatların İsrailin Qəzzə zolağındakı Rəfah qaçqın düşərgəsində fələstinlilərin evlərinin dağıdılmasına qarşı çıxdığını bəyan edib. Dövlət katibi bu bəyanatla İordaniyanın Ölü dənizi sahilində Dünya İqtisadi forumunda verib. Cənab Paeul keçirdiyi mətbuat konfransında Birləşmiş Ştatların İsrailin son həftələr həyata keçirdiyi bəzi əməliyyatlara qarşı olduğunu deyib.İsrail Rəfah qaçqın düşərgəsindəki bir sıra evlərdən hərbi qüvvələrə qarşı hücum üçün istifadə edildiyini bildirərək, onları yerlə yeksan etmişdir. Son həftələr Qəzza şəhəri və Rəfah qaçqın düşərgəsi ətrafında İsrailin hərbi qüvvələrilə fələstinli yaraqlılar arasında şiddətli döyüşlər nəticəsində 13 İsrail əsgəri və 29 yaraqlı həlak olmuşdur.

XS
SM
MD
LG