Accessibility links

İraq məhbuslarına qarşı təzyiqlərə Ramsfild göstəriş verib? - 2004-05-16


”The New Yorker” jurnalının yazdığına görə Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfild İraq məhbuslarına qarşı sərt davranışa özü göstəriş verib. Lakin Pentaqon ittihamları qətiyyətlə rədd edir. Jurnal hazırkı və keçmiş kəşfiyyat nümayəndələrinə istinadən yazır ki, sorğu-sual zamanı məhbuslara qarşı fiziki və seksual təhqirlərlə bağlı qərara cənab Ramsfild imza atıb. Müdafiə nazirliyinin sözçüsü ittihamları rədd edərək, jurnalın məlumatını yanlış adlandırmışdır. Senatın silahlı qüvvələr komitəsindən demokrat senatorlar məqalədə yazılanların doğru olub-olmadığının müəyyən ediləcəyini bildirirlər.

XS
SM
MD
LG