Accessibility links

Liviya və Almaniya razılığa gələ bilmirlər - 2004-05-16


Liviya və Almaniyanın rəsmi nümayəndələri diskotekada bomba partlayışı qurbanlarına kompensasiya ödənilməsi ilə bağlı danışıqların növbəti mərhələsində heç bir razılıq əldə edə bilməmişlər. Xatırladaq ki, hadisə zamanı 3 adam həlak olmuş, 200-dən artıq insan yaralanmışdı. 1986-ci il Berlin partlayışı ilə bağlı danışıqların növbəti raundu iyun ayına təyin edilib. Liviya lideri Müəmmar Qəddafinin xeyriyyə fondu hadisənin qurbanlarına kompensasiya ödənilməsinə razılıq vermişdir. Lakin tərəflər qeyri-amerikalılara ödəniləcək kompensasiyanın məbləği ilə bağlı razılığa gələ bilmirlər. Amerikalılara kompensasiya məhkəmə qərarına əsasən ödənilməlidir.

XS
SM
MD
LG