Accessibility links

BMT Çinin maleriya müalicəsinə dəstək verir - 2004-05-17


Birləmiş Millətlər Təşkilatı Çinin maleriyaya qarşı artemisinin adlı dərmanından istifadə edilməsinə dəstək verir. Şirin yovşan bitkisindən əldə edilən dərman Çində hələ 30 il əvvəl istehsal edilmiş və ilk dəfə 1990-cı illərdə maleriya böhranını yaşayan Vyetnamda sınaqdan keçirilmişdi. O vaxt dərman ölüm hallarını 97 faiz azaltmışdı.Hazırda isə səhiyyə təşkilatları artemisinin 100 milyonluq müalicəsini gerçəkləşdirməyə çalışırlar. QİÇS, vərəm və maleriya qlobal fondu 11 ölkəyə bu dərmanların alınmasına kömək məqsədi ilə maliyyə yardımı ayırıb. Fond bundan əlavə, 34 ölkəni iki köhnə dərmandan istifadəni dayandırıb, yeni dərmanların sifarişinə çağırır. Parazitlərin səbəb olduğu maleriya ağcaqanad sancması ilə yayılır. Yüksək hərarət və bədənin təhlükəli dərəcədə su itirməsi ilə müşaiyət edilən bu xəstəliyə hər il 3 milyon insan yoluxur. Onların təqribən bir milyonu vəfat edir. Maleriya uşaq və hamilə qadınlar üçün böyük təhlükə təşkil edir.

XS
SM
MD
LG