Accessibility links

İordaniya  “The New York Times”ın xəbərini təkzib edir - 2004-05-19


İordaniya krallığının bildiridiyinə görə “The New York Times” qəzetinin Kral Abdullanın Fələstin lideri Yasir Ərafatın kənara çəkilməli olduğunu deməsi barədə xəbər yanlışdır. Krallığın bəyanatında deyilir ki, Kral Abdulla heç vaxt belə bir fikirlə çıxış etməmiş və digərlərinin daxili məsələlərinə müdaxilə İordaniyanın siyasətinə yaddır. Qeyd edək ki, “New York Times”ın dünənki nömrəsində yazılmışdı ki, Yasir Ərafat mövqeyinin fələstinlilərə yardım edib-etmədiyini nəzərdən keçirməlidir. Krallığın bəyanatında isə Kral Abdullanın Yasir Ərafatın sülh yolunda tutduğu mövqeni nəzərdən keçirməli olduğunu dediyi bildirilir.

XS
SM
MD
LG