Accessibility links

İsrailin hücumu nəticəsində 23 fələstinli öldürülüb - 2004-05-19


İsrailin vertolyotları və tanklarının Qəzzə zolağının cənubundakı Rəfah qaçqın düşərgəsinə reydlərinə etiraz edənləri atəşə tutması nəticəsində 22 nəfər həlak olmuş, 60 dan çox adam yaralanmışdır. Fələstinlilərin bildirdiyinə görə xəsarət alanların çoxu uşaq və yeniyetmədir. İsrailin hərbi qüvvələri Qəzzə zolağının şimalından Rəfah qaçqın düşərgəsinə gedən təcili yardım maşınlarının qarşısını almışlar. Fələstinlilər deyirlər ki, Rəfah şəhərindən qonşuluqdakı qaçqın düşərgəsinə istiqamət alan 3 minə yaxın nümayişçi İsrail vertolyotları və tanklarının atəşinə məruz qalmışlar. Televiziya ilə yüzlərlə fələstinlinin İsrailin hücumundan qaçdığı və bəzilərinin hadisə yerindən yaralıları daşıdıqları göstərilmişdir. Reyddən əvvəl İsrail hərbi qüvvələrinin rəsmiləri bildirmişdilər ki, hücumun məqsədi Fələstin yaraqlılarının hədəf alınması və qaçaq silah daşınmasının qarşısını almaq üçün tenellərin dağıdılmasıdır. İsrailin hərbi qüvvələri Rəfahda səs uçaldan cihazlar vasitəsilə 16 yaşndan yuxarı bütün kişilərin evlərindən ağ bayraqla çıxaraq təslim olması, əks təqdirdə, evlərinin dağılması riskilə üzləşəcəkləri barədə xəbərdarlıq vermişdir.

XS
SM
MD
LG