Accessibility links

Bağdad həbsxanasında çəkilmiş yeni iki foto-şəkil göstərilib - 2004-05-20


Bağdaddakı Əbu Qureyb həbsxanasında Amerika əsgərlərinin İraq məhbusunun cəsədi qarşısında güldüyünü göstərən yeni iki foto-şəkil ABŞ tele şirkətləri tərifndən yayımlanıb. Foto-şəkillərdə ordunun kiçik serjantları Çarlz Qraner və Sabrina Harman əlləri ilə “əla” işarəsi göstərdikləri yerdə çəkilmişlər. A-B-C tele şirkəti ölü məhbusun şəxsiyyətinin Manadel əl-Cəmadi kimi müəyyən edildiyi və onun Mərkəzi Kəşfiyyat agentliyinin üzvləri tərəfindən ölənəcən döyüldüyü haqda məlumat verib.

Kiçik serjantlar Qraner və Harman Əbu Qureybdə məhbuslara qarşı zoraklıq işlətməklə əlaqədar ittiham irəli sürülmüş 7 əsgəri Amerika arasındadır.

XS
SM
MD
LG