Accessibility links

İraqın idarəetmə şurasının üzvünün evində reyd keçirilib - 2004-05-20


Birləşmiş Ştatların əsgərləri və İraq polisi idarəetmə şurasının üzvü Əhməd Cələbinin Bağdaddakı evi və idarəsində reyd keçiriblər. Şahidlərin bildirdiyinə görə, əsgərlər və polis Əhməd Cələbinin evindəki və onun başçılıq etdiyi İraq Milli Kogresinin idarəsindəki kompyuterləri və avadanlığı müsadirə ediblər. Reyd zamanı həbs olunan olmayıb. Cənab Cələbinin yardımçılarından biri isə bildirib ki, əsgərlər və polis İraq Milli Kongresinin axtarışda olan iki üzvünü axtarırdılar. Birləşmiş Ştatların hərbi qüvvələri bununla bağlı hələlik açıqlama verməyiblər. Səddam Hüseyn rejimi devrildikdən sonra İraqa qayıtmış Əhməd Cələbi bir zamanlar Pentaqonun dəstəyini alırdı. Lakin son zamanlar Pentaqonun cənab Çələbiyə dəstəyi azalmağa başlamışdır. Pentaqon İraq haqda kəşfiyyat məlumatları toplamaq üçün əvvəllər İraq Milli Kongresinə milyonlarla dollar məbləğində vəsait ayırmışdı. Bu arada, ABŞ hərbi qüvvələini rəsmiləri dünən koalisiya qüvvələrinin Suriya sərhəddi yaxınlığında qəsəbədə toy mərasimi zamanı 40 nəfərin ölümülə nəticələnən hücum haqda xəbərləri təkzib ediblər. Rəsmi nümayəndələr bildirirlər ki, koalisiya qüvvələri xarici döyüşçülərin istifadə etdiyi bir binaya reyd təşkil ediblər. Onların dediyinə əsasən, reyd zamanı koalisiya qüvvələri atəşə tutulduqdan sonra hərbi hava qüvvələrini yardıma çağırmalı olmuşlar.

XS
SM
MD
LG