Accessibility links

Onlarla fələstinli qaçqın evsiz qalıb - 2004-05-21


İsrail qüvvələri qismən Qəzza zolağındakı Rəfah qaçqın düşərgəsindən çıxmağa başlayıb. Bu həftə İsrailin əməliyyatları nəticəsində 41 adam həlak olmuş, yüzlərlə insan evsiz qalmışdır. Bu gün səhər İsrail qüvvələri Rəfah qaçqın düşərgəsinin iki-Tel-Sultan və Brazil məhəllələrini tərk etmişlər. Şahidələrin dediyinə görə onlar arxalarında onlarla dağıdılmış ev, alt-üst edilmiş yollar, kökündən qoparılmış elektrik xətləri, tamamilə əzilmiş maşınlar qoymuşlar. İsrailin hərbi nümayəndələri isə qüvvələrin çıxarıldığı deyil, yalnız mövqelərinin dəyişdirildiyini və əməliyyatın hələ başa çatmadığını deyirlər. İsrailin çərşənbə axşamı günü başlatdığı əməliyyatdan sonra fələstinlilərlə qarşıdurma 13 İsrail əsgərinin ölümünə səbəb olmuşdur. İsrail sərhəd boyu Filadelfi adlı yolu genişləndirmək niyyətindədir. Bu isə daha artıq fələstinli evinin dağıdılması deməkdir. Birləşmiş Ştatlar rəsmilərinin dediyinə görə onlar İsrailin baş nazir müavini Ehud Olmert tərəfinfən bir daha evlərin dağıdılmayacağı və yolun genişləndirilməyəcəyində əmin edilmişlər.

XS
SM
MD
LG