Accessibility links

Ispaniya qoşunları Iraqdan çıxdı - 2004-05-21


Özünün 1400 nəfərlik hərbi kontingentinin son əsgərlərini Küveytə keçirməklə, bu gün İspaniya İraqdan qoşunların çıxarılması prosesini bitirmişdir. İraqın cənubundakı Divaniyyə şəhərində yerləşən son logistika taqımı bu gün qaldığı bazanı tərk edərək İspaniyaya yola düşüb. İspan qoşunlarının əksəriyyəti İraqı artıq keçən ay tərk etmişdi. Xatırlatmaq gərəkdir ki, bu böyük siyasi addımın arxasında İspaniayada hakimiyyətə yenicə gəlmiş sosialist partiyası dayanır. Madriddəki məşum terror hadisəsindən sonra İspan sosialistləri parlament seçkiləri ərəfəsində hakimiyyətə gəldikləri halda İspan qüvvələrini İraqdan cıxaracaqlarına söz vermişdilər. Əlavə edək ki, öz qoşunlarını İraqdan çıxaranların sirasına Hondursa və Dominkan Respublikası da daxil olub.

XS
SM
MD
LG