Accessibility links

İran Çələbinin onun xeyrinə casusluq etdiyi haqda ittihamları rədd edir - 2004-05-23


İran bəzi ABŞ rəsmilərinin İraqın idarəetmə şurasının üzvü Əhməd Çələbinin İran hökumətinə gizli informasiya ötürməsilə bağlı ittihamları rədd edib. Xarici işlər nazirliyinin nümayəndəsi deyib ki, İran hökuməti cənab Çələbi və İraqın idarəetmə şurasının digər üzvlərilə müxtəlif məsələlər ətrafında danışqlar aparıb, lakin İranın xeyrinə xeyrinə casusluq ittihamları əsassızdır. Birləşmiş Ştatların televiziya şirkətlərinə müxtəlif müsahibələr zamanı Əhməd Çələbi casusluq ittihamlarını rədd edərək, ABŞ-ın məxfi sənədlərilə tanışlıq imkanı olmadığını deyib. Xatırladırıq ki, İraq polisi və ABŞ hərbi qüvvələri cümə axşamı Əhməd Çələbinin evində və ofisində reyd keçiriblər.

XS
SM
MD
LG