Accessibility links

Qəzzada Fələstinlilər iri dəfn mərasimi keçirib - 2004-05-24


Bu gün Qəzza Zolağının sakinləri keçən həftə İsrail qüvvələri tərəfindən öldürülmüş onlarla Fələstinlinin dəfn mərasimində iştirak etmişlər. Rafah şəhərindəki dəfn mərasimi İsrail qoşunları Tel-Sultan məhəlləsini tərk etdikdən bir neçə saat sonra başlamışdır. Xatırladaq ki, İsrailin 6 günlük əməliyyatı nəticəsində 42 Fələstinli öldürülmüş və bir çoxları evsiz qalmışdı. Şahidlərin dediyinə görə İsrail əsgərləri elektrik və kanalizasiya xəttlərini dağıtmışlar, və hazırda yerli əhalinin su və ərzağa ehtiyacı var. Gözlənilir ki, silah qaçaqmalçılığına nəzarət etməkdən ötrü İsrail qoşunları Rafahın bəzı hissələrində qalacaqlar.

XS
SM
MD
LG