Accessibility links

Rusiya Prezidenti ümumi ticarət məkanının yaranmasını istəyir - 2004-05-24


Rusiya Prezidenti Vladimir Putin Ukrayna, Belarus və Qazaxıstan prezidentlərini ümumi iqtisadi zonanın yaradılması üçün lazım olan qanunları qəbul etməyə səsləyib. Sadalanan ölkələrin liderləri bu gün Ukraynanın Qara Dəniz sahilində yerləşən Yalta şəhərində bir araya gələrək Ümumi İqtisadi Məkan adlı planın müzakirəsinə başlamışlar. Yaradılacaq ticarət birliyinin vacibliyini vurğulayan cənab Putin bildirmişdir ki, iqtisadi inteqrasiya və azad ticarət inkişafa qüdrətli stimul verəcək, və bu ölkələrin məhsullarının dünya bazarındakı rəqabət keyfiyyətini yüksəldəcək.

XS
SM
MD
LG