Accessibility links

Prezident Buş Fransa lideri Şirakla telefonda danışıb  - 2004-05-25


Prezident Buşun fikrincə Fransa Prezidenti Jak Şirak onun azad, stabil və sülhpərvər İraqın meydana gəlməsi ilə bağlı məqsədlərini bölüşür. Cənab Buş bu gün, Birləşmiş Ştatlar və Britaniya İraqa dair qətnamə layihəsini BMT-yə təqdim etdikdən bir gün sonra cənab Şiraka telefon zəngi edib. Bu qətnamə layihəsi suverenliyin müvəqqəti İraq hökumətinə ötürülməsini və beynəlxalq qüvvələrin İyunun 30-dan sonra həmin ölkədə saxlanmasını nəzərdə tutur. Jak Şirak Prezident Buşa qətnamə layihəsində bəzi müsbət tərəflərin olduğunu qeyd edərək, bununla bela layihənin üzərində müəyyən dəyişikliklər aparılmasının lazım olduğunu söyləmişdir. Bundan bir az öncə Almaniya və Rusiya da qətnamə layihəsinə ehtiyatla yanaşmışlar. Rusiya xarici işlər naziri deyib ki, onun hökuməti yeni BMT qətnaməsini yalnız İraqda legitim hökumət formalaşdıqdan sonra müzakirə edəcək.

XS
SM
MD
LG