Accessibility links

Mühafizəkar ruhani İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri təyin edilib - 2004-05-25


İranın nüvə proqramları üzrə danışıqlar aparan baş dövlət nümayəndəsi yenidən Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri təyin edilmişdir. İranın dövlət mediasının yaydığı məlumata görə İranın nüvə ambisiyalarına açıq şəkildə haqq qazandıran orta səviyyəli din xadimi Həsən Rohani bu 3 illik vəzifəyə Ali Rəhbər Ayatollah Əli Xamenei tərəfindən təyin olunub. Ayatolla Xamenei həmçinin dövlət teleradio şəbəkəsinin sabiq rəhbəri Əli Larcanini təhlükəsizlik şurasına öz şəxsi nümayəndəsi kimi təyin edib. Cənab Laricani elə keçən həftə dövlət teleradio şəbəkəsinin rəhbəri vəzifəsindən istefa verib.

XS
SM
MD
LG