Accessibility links

Möqtəda Əl Sədrin yaxın köməkçisi ələ keçirilib - 2004-05-26


Birləşmiş Ştatların İraqdakı hərbi nümayəndələrinin bildirdiyinə görə İraqın Nəcəf şəhərində keçirilən gecə reydləri zamanı Möqtəda Əl Sədrin yaxın köməkçilərindən biri ələ keçirilib. Amerika generalı Mark Kimmit Bağdadda müxbirlərə deyib ki, ələ keçirilən Riyad Əl Nuri adlı həmin şəxs ötən il şiə liderin qətlində günahlandırılır. Möqtəda Əl Sədr də həmçinin həmin şəxsin qətli ilə bağlı axtarışdadır. General Kimmit gecə reydləri zamanı çox sayda yaraqlının qətlə yetirildiyini desə də, nə qədər adamın öldürüldüyü haqda məlumat verməyib

XS
SM
MD
LG