Accessibility links

Pakistanda bomba partlayışları nəticəsində ölən və yaralananlar var - 2004-05-26


Pakistan rəmsiləri Kəraçidə iki maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində bir polisin həlak olduğunu və azı 25 nəfərin yaralandığını bildirirlər. Bomba yerləşdirilən birinci maşın Mədəniyyət Mərkəzinin yaxınlığında partladılmışdır. Hadisə yerinə ilk yetişən Kəraçi polis məntəqəsinin yüksək vəzifəli zabiti Qulam Məhəmməd Doğar olmuşdur. O, birinci maşının partlayışı nəticəsində yaralanan bir nəfəri xəstəxanaya göndərdikdən sonra ikinci maşında da partlayış baş verə biləcəyini təxmin edib. Polis adamları məntəqədən təxliyyə edən vaxt ikinci maşına yerləşdirilmiş bomba partlayıb. Nəticədə bir polis həlak olmub, bir neçə polis daxil edilməklə 3 jurnalist də yaralanıb. Mədəniyyət mərkəzinin binasına zərər dəyməyib. Mədəniyyət Mərkəzi Birləşmiş Ştatların Kəraçidəki konsullunun evinin və Hindistanın diplomatik idarəsinin yaxınlığında yerləşir.

XS
SM
MD
LG