Accessibility links

Vaşinqtonda İkinci Dünya Müharibəsi Memorialının açılışı oldu - 2004-05-29


Bu gün Vaşinqton şəhərində İkinci Dünya Müharibəsi Memorialının açılışına 200 mindən artıq adamın toplaşdığı bildirilir. Abidə 60 il əvvəl Nasist Almaniyası və Yapon imperiyası ilə müharibədə həlak olan amerikalıların xatirəsinə həsr edilib. Şəhərdə qocaman veteranların vəziyyətlərinin dəyişdiyi təqdirdə tibbi yardım üçün çadırlar salınıb. Bugünkü mərasimdə çıxış edənlər arasında prezident Buş, keçmiş senator Bob Dol və ikinci dünya müharibəsinin iştirakçıları yer alacaq.

XS
SM
MD
LG