Accessibility links

Xatirə günündə müharibə veteranları Buşa dəstək verir  - 2004-05-31


Bu gün Amerikada veteranların xatirə günüdür. Birləşmiş Ştatların İraqda və Əfqanıstanda apardığı mücadilələr bu günün simvolik əhəmiyyətini bir qədər də qabardıb. Bəs Xatirə gününün qarşıdan gələn prezident seçkilərinə təsiri necə ola bilər?

17 ildir ki hər Xatirə günü ölkənin bütün yerlərindən paytaxta axışan veteran motosikletçilər keçirdikləri xüsusi paradla öz səslərini ucaldırlar. Amerikalılar vətən uğrunda canlarından keçən insanları yad etdikcə, həmin bu veteranlar itkin duşmüş əsgərlərin taleyin haqda əlavə məlumat əldə etmək üçün ciddi səylər göstərirlər.

“Vacidbdir ki, imkan daxilində biz onları evə qaytaraq,” Arti Maller, bu illik paradların təşkilatçısı Rolling Thunder İncorporated adlı birliyin rəhbəri, fikrini davam etdirir: “Xatirə günün qayəsi bunlardır: vətən uğrunda canından keçmiş insanların; son müharibələrdə əsir götürülmüş və ya itkin düşmüş insanların xatirəsini yad etmək.”

Bu birliyin ölkə siyasətinə göstərdiyi 2001-ci il Sentyabrın 11-hadisələrindən sonra daha da genişlənib. Belə ki, Rollin Thunder təşkilatının özəyini təşkil edən Vietnam müharibə veteranları bu yaxınlarda Prezident Buşa dəstək verib. Senator Con Kerrinin Vyetnam müharibəsində iştirak etməsini nəzərə alanda aydın olur ki, bu dəstək prezident Buş üçün xüsusi əhəmiyyət daşıyır. Rollin Thunder təskilatının sədarəti ilə Ağ Evdə şəxsi görüş keçirdikdən sonra cənab Buş şəhərdə keçirilən nümayişə telefon vasitəsilə müraciət edib:

“Mən elə bilirdim kiə siz mənə motsiklet sürməyi oyrətməyə gəlmisiz. Amma məlum oldu ki, siz mənə qarşıdan gələn prezident seçkilərində rəsmi dəstək vermisiniz, və mən sizə buna görə təşəkkür edirəm.”

Prezident həmçinin qrupun on illərdən bəri itkin düşmüş insanların taleyi haqda məlumat tapmaq üçün göstərdiyi səyləri alqışlamışdır.

Xatırladaq ki, Cənab Buş bayram uikendini Şənbə günü İkinci Dünya Müharibəsi Veteranlarına həsr olunmuş xatirə kompleksinin açılışında iştirak etməklə başlayıb. Bu gün isə o, Arlinqton Milli Qəbiristanlığında keçiriləcək mərasimdə çıxış edəcək.

XS
SM
MD
LG