Accessibility links

Brahimi iraqlıları yeni hökuməti dəstəkləməyə çağırıb - 2004-06-02


BMT-nin İraq üzrə xüsusi elçisi Laxdar Brahimi iraqlıları yeni təşkil edilmiş İraqın müvəqqəti hökumətini dəstəkləməyə çağırıb. Cənab Brahimi İraqın müvəqqəti hökumətinin təşkilindəki rolunu müdafiə edib və deyib: ”Bu hökumət keçmiş diktator Saddam Hüseynin hökumətindən tamamilə fərqlənir. Səddam Hüseyn hökumətinə yalnız sünniləri və əsasən də anadan olduğu Tikrit şəhərinin sakinlərini cəlb etmişdi.” Cənab Brahimi deyib ki, o bəzi iraqlıların müvəqqəti hökumətin tərkibindən narazı olacağını bilir. Onların fikrincə, müvəqqəti hökumətin tərkinbinə daxil olanlar Birləşmiş Ştatların təyin etdiyi İraq idarəetmə şurasına və Amerikanın başçılıq etdiyi koalisiya idarəsinə yaxın olan adamlardır. 70 yaşlı cənab Brahimi kütləvi məlumat vasitələrinin məlumatlarını təkzib edərək bildirib ki, diktə altında İraqın müvəqqəti hökumətini təşkil etmək üçün Bağdada getməyib.

XS
SM
MD
LG