Accessibility links

Mərkəzi Kəşfiyyat idarəsinin direktoru istefa verdi - 2004-06-03


Prezident Buş Mərkəzi Kəşfiyyat idarəsinin direktoru Corc Tenetin istefasını qəbul edib. Corc Tenet istefa məktubunu ötən axşam təqdim etmişdir. Prezident Buş cənab Tenetin şəxsi motivlərə görə istefa verdiyini bəyan edərək onu “güclü və qabiliyyətli bir lider” adlandırıb. Corc Tenet iyul ayının sonuna qədər hələ vəzifəsini icra edəcək. Bundan sonra onun hazırkı müavini Con Maklaflin bu vəzifədə onu əvəz edəcək. Corc Tenet və Mərkəzi Kəşfiyyat idarəsinin rəsmiləri İraq müharibəsi və sentyabrın 11-i terror hücumlarına dair kəşfiyyat məlumatlarının düzgün qiymətləndirilməməsinə görə kəskin tənqidlərlə qarşılaşmışlar.

XS
SM
MD
LG