Accessibility links

Avstraliya ABŞ-ın İraqdakı planlarını dəstəkləyir - 2004-06-03


Bu gün Ağ Evdə prezident Buşla görüşü zamanı Avstraliyanın baş naziri Con Hovard ABŞ-ın İraqda hərbi əməliyyatlarına bir daha dəstəyini bildirib. Cənab Hovard ABŞ-ın İraqın demokratik və azad olması ilə bağlı ümidlərini bölüşdüyünü bəyan edib. Bap nazir eyni zamanda, İraqda missiya başa çatana qədər Avstraliya hərbi qüvvələrinin ölkədə qalacağını bəyan edib. Con Hovardala görüşündən sonra prezident Buş 1944-cü ildə Avropa müttəfiq qüvvələrinin Fransada Normandiyada enməsi münasibətilə tədbirdə iştikra etmək üçün Avropaya yollanıb.

XS
SM
MD
LG