Accessibility links

Tiananmen qırğınından 15 il keçir - 2004-06-04


Pekinin Tiananmen qanlı eirat nümayişinin 15-ci ildönümü münasibəti insanların meydana toplaşmasına yol verilməmişdir. Polis paltarı və şəxsi geyimli polis işçiləri meydan iqtiqamətində gedənlərin şəxsiyyət vərəqələrini yoxlamışlar. Müxbirlər bir neçə adamın yaxınlıqda saxlanılan polis avtobuslarına güclə oturulduğunun şahidi olmuşdur. Lakin bütün bunlar yüzlərlə turistin Pekinin mərkəzində yerləşən Tiananment meydanına getməsinə mane ola bilməmişdir. Hong Konqda isə minlərlə insan əllərində şam 1989-cu ilin iyun ayının dördündə öldürülən insanların xatirəsini yad etmişdir.

XS
SM
MD
LG