Accessibility links

Prezident Buş Romada həmkarı Berluskoni ilə görüşüb - 2004-06-05


Romadan Parisə gələn Prerzident Buş orada Fransalı həmkarı Jak Şirakla BMT-nin Təhlükəsizlik Şurasının İraqa aid qətnaməsi daxil olmaqla bir sıra məsələləri müzakirə etməkdədir. Romada isə Prezident Buş və İtaliyanın Baş Naziri Silvio Berluskoni İraqda təhlükəsizliyi təmin edənədək öz ölkələrinin hərbi qüvvələrinin İraqda qalacağını bildiriblər. Prezident Buş Birləşmiş Ştatların başçılığı altındakı koalisiya qüvvələrinin İraqa etdikləri hücumu dəstəkləyən İtaliyanın liderini ölkəlsinin güclü müttəfiqi adlandırıb. Prezident Buş deyir ki, İtaliyanın lideri İraqda təhlükəsizliyi və sülhü qorumaq üçün 3 minə yaxın əsgərini İraqda saxlayacaq. İtaliya və Amerikanın hərbi qüvvələri təhlükəsizliyi təmin etmək işində iraqlılara yardım göstərmək üçün orada qalacaq. Bu da İraq xalqına qorxu bilmədən azad yaşamasına və demokratiyanın kök salmasına yardım edəcək...” İtaliyanın Baş Naziri Berluskoni tərcüməçi vasitəsilə etdiyi çıxışında söyləyib ki, İtaliyanın hərbi qüvvələri İraqda sülhü qorumaq və demokratiyanın çiçəklənməsinə yardım göstərmək üçün İraq hökumətinin istədiyi vaxtda qədər İraqda qağacaq.

"Biz məhz Bosniya, Makedoniya, Kosovo və Əfqanıstanda olduğu səbəblərə görə İraqdayıq." Prezident Buş deyir ki, İtaliya və Amerikanın hərbi qüvvələri təkcə İraqı təhlükəsiz bir yer olmasına yardım etrmirlər, onlar Amerika və Avropanı terror hücumlardan qoruyurlar.

XS
SM
MD
LG