Accessibility links

İraqda koalisiya qüvvələrinə qarşı hücumlar ara vermir - 2004-06-05


İki İraq şəhərində baş verən hücumlar nəticəsində ən azı 4 nəfər həlak olmuş, bir neçə adam isə yaralanmışdır. Bağdadın şərq məhəlləsindən keçərkən yolkənarı bomba partlayşı bir Amerikalı əsgəri öldürmüş, 3-nü isə yaralamışdır. Başqa hadisədə Bağdad aeroportuna gedən əsas yolda silahlı şəxslər mülki kontraktorlar daşıyan maşınlara hücum etmişlər. Verilən xəbərlərə görə iki nəfər adam həlak olub, amma baş vermiş insidentin detalları məlum deyil. Şimalda yerləşən Mosul şəhərində isə bir maşın karvanı hücuma məruz qalmışdır. Amerika hərbi rəsmiləri 1 mülki kontraktorun öldürüldüyünü, ikisinin isə yaralandığını bildirirlər.

XS
SM
MD
LG