Accessibility links

Şaron hökuməti Qəzza zolağı ilə bağlı öz kabinetində güzəştli həll planı arayır - 2004-06-05


İsrail Baş naziri Ariel Şaronun siyasi müttəfiqi Qəzza zolağından qoşunların çıxarılmasına razılıq alaraq, hökumətin mümkün parçalanmasının qarşısın almaq üçün son anda kompromisli variantlar axtarışına başlayıb. İmiqrasiya naziri Tzippi Livni Bazar günü baş verəcək səsvermədən qabaq kabinetin radikal sağçı üzvlərinin dəstəyini qazanmağa çalışır. Xanım Livni təklif edir ki, kabinet Qəzza zolağından qoşunların çıxarılmasına prinsipcə razılıq versin, amma Yəhudi məntəqələrinin oradan evakuasiyası barədə qərarın səsverməyə qoyulması bir neçə ay müddətinə təxirə salınsın. O, ümid edir ki, bu təklif hakim koalisiyaya daxil olan məskunlaşma tərəfdarlarını razı salar. Belə ki, əgər cənab Şaronun planı qəbul edilərsə sağçılar hökuməti tərk edərək siyasi böhran yarada bilərlər.

XS
SM
MD
LG