Accessibility links

Vaşinqtonda Ronald Reyqanın matəm mərasiminə hazırlıqlar görülür  - 2004-06-06


Ronald Reyqanın matəm mərasimlərilə bağlı rəsmi planların hazırlanmasının günün sonu başa çatacağı gözlənilir. Son məlumatlara görə, sabiq prezidentin cənazəsi ABŞ Konqresinin binasında bir gün saxlanacaq, xüsusi matəm mərasimi isə Milli Kafedralda keçəcək. Vaşinqton Post qəzetinin yazdığına görə, mərasimlərin 1973-cü ildə prezident Lindon Conson vəfat edərkən təşkil edilmiş mərasimlərin planına oxşar şəkildə keçirilməsi gözlənilir. Qəzetin verdiyi məlumata görə, Ronald Reyqanın cənazəsi onun Kaliforniyada əsasını qoyduğu Prezidentlər kitabxanasında bir gün saxlandıqdan sonra çərşənbə günü Vaşinqtona gətirələcək. Vaşinqton kafedralında mərasimindən sonra isə cənazə yenidən Kaliforniyaya aparılacaq və orada torpağa tapşırılacaq. Mərasimdə dünyanın bir çox ölkəsinin liderlərinin iştirakı gözlənilir.

XS
SM
MD
LG