Accessibility links

Qorbaçov Ronald Reyqanı böyük prezident adlandırdı  - 2004-06-06


Keçmiş Sovet İttifaqının lideri Mixail Qorbaçov Soyuq müharibə dövrünün super dövlətləri arasında münasibətləri dəyişdirə bilmiş Ronald Reyqanın “böyük bir prezident” olduğunu demişdir.

Bu gün Rusiya radiosuna verdiyi müsahibəsi zamanı cənab Qorbaçov Ronald Reyqanın vəfatı haqda xəbərlərdən dərin kədər hissi keçirdiyini bildirmişdir. Kremlin keçmiş lideri ABŞ prezidentinin ultra-mühafizəkar hesab edildiyinə baxmayaraq, nüvə silahlarının qarşısının alınması və nüvə arsenallarına son qoymaq təklifləri etdiyini və Vaşinqton və Moskva arasında münasibətləri yaxılaşdırmağa nail olduğunu demişdir. Cənab Qorbaçov prezident Reyqanın “soyuq müharibəyə son qoyulması” prosesinə başladığını bəyan etmişdir.

XS
SM
MD
LG