Accessibility links

Britaniya lideri Bleyer Səudiyyə terroristlərini demokratiyanın düşməni adlandırır - 2004-06-07


Britaniya Baş Naziri Toni Bleyer BBC xəbərlər agentliyi işçilərinə Saudiyyə Ərəbistanında baş vermiş ölümcül hücumla bağlı öz hiddətini izhar etmişdir. Onun fikrincə bu hadisə göstərir ki, terroristlər demokratiyanın bərqərar olunması sahəsində çalışan adamları öldürmək məqsədi güdürlər. Cənab Bleyer bu bəyanatı verirkən, Səudiyyə təhlükəsizlik qüvvələri Bazar günü İrlandiyalı videokameraçını öldürmüş və Britaniyalı müxbiri yaralamış adamların axtarışına başlamışlar. Hücum keçən il təhlükəsizlik qüvvələri ilə gedən döyüşdə öldürülmüş yüksək səviyyəli əl-Qaida üzvünün evinin yanında baş verib. Bazar gününün hücumu üçün məsuliyyəti heç kim boynuna götürməyib.

XS
SM
MD
LG