Accessibility links

Amerikalılar prezident Reyqanla vidalaşır - 2004-06-10


Vaşinqtonda minlərlə amerikalı sabiq prezident Ronald Reyqanla vidalaşmaq və son dəfə prezidentə ehtiramlarını ifadə etmək üçün Kapitoliya binasına gəlir. Cənab Reyqanın Kapitoliya binasının rotonda zalında qoyulmuş cənazəsi qarşısından saatlarla növbədə dayandıqdan sonra minlərlə adam keçib. Günün sonu Səkkizlər qrupunun sammitində işini başa çatdıracaq prezident Buş Ronald Reyqana son dəfə ehtiramını bildirmək üçün Kapitoliyaya gələcək. Dövlət səviyyəsində çərşənbə günü başlamış matəm mərasimində çıxış edən vitse-prezident Dik Çeyni cənab Reyqanı Sovet İttifaqı ilə soyuq müharibədə qalib adlandırmışdır. Ronald Reyqanın rəsmi matəm mərasimi cümə günü Vaşinqtondakı Milli Kafedralda keçiriləcək. Dünya liderlərinin mərasimində iştirakı gözlənilir.

XS
SM
MD
LG