Accessibility links

Rəy sorğuları senator Kerrinin prezident Buşdan irəlidə olduğunu göstərir - 2004-06-10


Yeni keçirilmiş rəy sorğularına görə, ABŞ prezident seçkilərində demokrat partiyasından namizəd olacaq Con Kerri prezident Buşdan irəlidədir. Los Anceles Tayms qəzetinin sponsorluğu ilə ölkədə keçirilmiş sorğusu göstərir ki, cənab Kerri 51, prezident Buşsa 41 faiz səs alıb. Sorğu iştirakçılarının üçdə biri senator Kerri haqda kifayət qədər məlumata malik olmadığı üçün onun cənab Buşdan daha yaxşı prezident olub-olmayacağı haqda qərar verə bilməyib. Sorğu iştirakçılarının beşdə üçü isə ölkənin düzgün yolda olmadığını hesab edir. Cənab Buşun İraq problemi və iqtisadi məsələləri necə həll etdiyi də çoxlarının ürəyincə deyil.

XS
SM
MD
LG