Accessibility links

İraqın xarici işlər nazirinin müavini qətlə yetirildi - 2004-06-12


Bağdadda Xarici İşlər Nazirinin müavini Bəssam Saleh Kubba naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib. İraqın Xarici İşlər Nazirliyi bəyanatında Bəssam Saleh Kubbaya qarşı həyata keçirilən sui-qəsdi məhkum edərək qeyd edib ki, bu, səmimiliyin, sədaqətin və vətənpərvərliyin simvolu olan bir insana qarşı həyata keçiriln cinayətdir. Bu gün sərhər naməlum silahlı şəxslər cənab Kubbaya Əcəmiyyə məhəlləsindəki evinin yanında atəş açaraq qaçmışlar. Ağır yaralanmış Kubba xəstəxanaya gətirildikdən az sonra bəfat etmişdir. Hələlik heç kim bu hücumun məsuliyyətini öz üzərinə götürməyib. Mərhum Kubba universiteti Birləşmiş Ştatlarda bitirmişdi. O, şiə olmasına baxmayaraq Səddam Hüseynin rejimi zamanı müxtəlif vəzifələrdə işləmişdir. O, eləcə də, İraqın Çindəki səfiri vəzifəsində çalışmışdır. 2003-cü il aprel ayında Səddam Hüseyn devrildikdən sonra İraqda Birləşmiş Ştatların başçılığı altındakı idarə cənab Kubbanı xarici əlaqələr komitəsinin sədri vəzifəsinə təyin etmişdi. İyunun birində isə onu Xarici İşlər Nazirinin müavini təyin etmişlər. Birləşmiş Ştatların rəsmiləri bildirirlər ki, belə əməliyyatlar iyunun 30--da hakimiyyətin müvəqqəti hökumətə təhvil verməsi prossesinə əngəl törədə bilməyəcək.

XS
SM
MD
LG