Accessibility links

İran nüvə proqramlarının dondurulması tələblərini rədd edir - 2004-06-12


İran Avropanın nüvə proqramlarının dondurulması barədə tələblərini rədd edir. Rəsmi Tehran bildirir ki, İran beynəlxalq ictimaiyyətdən yeni öhdəliklər qəbul etməyəcək. İranın xarici işlər naziri Kamal Xərrazi bu gün deyib ki, İran uranın qaza konvertasiyası üçün obyektin işini və ağır su reaktorunun tikintisini davam etidrəcək. İran təkid edir ki, bu obyektlərdən sırf enerji istehsalı üçün istifadə olunur. Bu həftənin əvvəlində Britaniya, Almaniya və Fransa İrandan nüvə proqramına xitam veriməsini tələb ediblər. Bu ölkələr Beynəlxalq Atom Enerjisi Agentliyinə qətnamə layihəsi təqdim ediblər. Sənəddə bildirirlir ki, bu obyektlərdən nüvə silahlarının istehsalı üçün istifadə oluna bilər.

XS
SM
MD
LG