Accessibility links

Əl-Qaidə yaraqlılarına qarşı hücumlar artırılıb - 2004-06-13


Pakistanın hərbi qüvvələri Əfqanıstanla sərhəd bölgələrdə Əl-Qaidə terror qrupu ilə əlaqəsi olan yaraqlılara qarşı hücumlarını artırmışdır. Pakistanın döyüş təyyarələri terrorçuların Vəziristan vilayətindəki təlim düşərgələrini atəşə tutmuşlar. Ordu rəsmilərinin bildirdiyinə görə 50-ə yaxın yerli və xarici Əl-Qaidə döyüşçüsü güclü müqavimət göstərmişdi. Döyüşlər 18-i hökumət qüvvələrinin əsgərləri olmaqla, 61 adamın ölümünə səbəb olmuşdu.

XS
SM
MD
LG