Accessibility links

Amerika mətbuatı Senator Kerri haqda  - 2004-06-13


Prezident Ronald Reyqanın vəfatından sonra hər iki namizəd tərəfindən dondurulmuş seçki kampaniyaları öz intensiv fəaliyyətlərini bərpa etməkdədirlər. Seçkilərin vaxtı yaxınlaşdıqca namizədlər seçicilər arasında nüfuzlarının qalxması üçün cidd-cəhd göstərirlər. Təbii ki, idarə etdiyi 4 il müddətində öz prezidentlik qabiliyyətini nümayiş etdirmiş Corc Buşla müqayisədə, Demokrat namizəd Con Kerri üçün özünü xalqa tanıtmaq daha çox səy tələb edir.

Codi Vilqorenin bu gün Nyu York Taymz qəzetində çıxmış məqalədə Senator Kerrinin xarakteri və iş üslubu haqda ətraflı bəhs edilir. Con Kerrini qəfəsdəki rahatlıq bilməyən dağsiçanına bənzədən müəllif Senatoru həddindən artıq aktivə daim hərəkətdə olan bir adam kimi səciyyələndirir: “Təyyarəsi günəşli St. Luis aeroportuna çatan kimi təyyarədən enən Kerri onu müşaiyət edən cangüdənlərdən, müşavirlərdən və jurnalistlərdən ayrılaraq, həmin ərazidəki otluq sahədə təkbaşına gəzişməyə gedir və ətrafığndakılara heç bir izahat vermədən onları bir saat gözləməyə məcbur edir. Başqa bir zaman, başqa bir aeroportda isə Kerri təyyarəyə minməzdən əvvəl cəmi yarım saat ərzində beysbol oynamağa və polis motosikleti sürməyə macal tapır,” deyə yazar Vilqoren Senatoru təsvir edir.

Rahatsızlıq cənab Kerrinin stili və şəxsiyyətinin çoxsaylı fasadlarından biridir. Halbuki bütün bunlar ehtiyatla xoreoqrafiya edilmiş yeni siyasət erasında əksər seçicilərə görünməz olaraq qalır. Senator Kerri özünə məxsus hər aspekti cilalamağa çalışır. Məsələn, bir neçə dəfə yapdığı eyni çıxışının üzərində dönə-dönə məşq edir. O, insanları qarşılamağa xüsusi diqqət yetirir. Elə resotran yoxdur ki, Senator Kerri orda nahar etdikdən sonra mətbəxə gedib aşpazların hər biri ilə əl sıxmasın. Bəlkə də buna görə o, öz gecitkənliyi ilə məşhurdur. Kerri demək olar ki, istirak edəcəyi bütün görüşlərə və yığıncaqlara gec gəlir. Boş vaxtlarında isə kart oyanayan Bill Klintondan və ya idman edən Buşdan fərqli olaraq, Con Kerri gitara çalır. Təyyarədə olduğu müddətdəo köhnə mahnıları məşq edir, yenilərin öyrənir. Onun bu yaxınlarda öyrəndiyi mahnı isə “Bu torpağ sənin vətnənindir” adlanır.

Təsadüfi deyil ki, Kerrinin aqressiv xarakteri özünü onun siyasi fəaliyyətində də büruzə verir. Öz rəqibi Corc Buşu addımbaşı tənqid atəşınə tutan Kerri hər vəchlə qarşıdan gələn seçkiləri udmaq əzmindədir. İnsan yaddaşını məhv edən Əlzaymerz xəstəliyinə tutulmuş Ronald Reyqanın dəfnindən bir gün sonra artıq Con Kerri Buş administrasiyasını bu xəstəliyin müalicəsinin tapılması yönümündə elmi araşdırmalara qoyulan qadağaları pisləməyə başlayıb. Dünən özünün radio ilə xalqa müraciətində Con Kerri Respublikaçı hökuməti etik və moral səbəblər üzündən kök hüceyrə üzərində aparılan tədqiqata qoyulan hüdudları aradan qaldırmağa səsləyib. Boston Qlob qəzetinin müxbiri Glen Consonun yazdığına görə bu işdə Reyqanın həyat yoldaşı Nənsinin timsalında Kerri yaxın müttəfiqə malikdir. Belə ki, əri Respublikaçı prezident olmuş Nənsi Reyqan həyat yoldaşına Əlzaymerz diaqnozu qoyulandan bəri bu azarın müalicəsinə yol aça biləcək tibbi araşdırılmaların nüfuzlu vəkilinə çevrilib.

“Biz elmin qarşısında dayanan maneələri aradan götürməklə tibbi tədqiqin sərhədlərini genişləndirməliyik ki, qoy tədqiqatçılar tapılması mümkün olan müalicələri aşkar etsinlər. Amma təəssüf ki, indiki administrasiya buna imkan vermir.” deyə Kerri bildirib. Xatırladaq ki, Ronald Reyqan vəfat etməmişdən cəmi bir gün oncə, İyunun 5-də Con Kerri 57 başqa Senatora qoşularaq, prezident Buşu tibbi tədqiqata qoyulan qadağaları yumşaltmağa səsləmişdir.

XS
SM
MD
LG