Accessibility links

Britaniyanın müdafiə naziri gözlənilmədən İraqa gedib - 2004-06-14


Britaniyanın müdafiə naziri Cefri Hunun İraqın cənubundakı Britaniya əsgərləri ilə görüşü gözlənilməz olmuşdu. Bu gün İraqda cənab Hun İraq və koalisiya rəsmiləri ilə görüş keçirmiş, İraqın yenidən qurulması işlərində göstərilən dəstəyin davam etdiriləcəyinə söz vermişdir. Müdafiə naziri demişdir ki, Britaniya İraqdakı 8500 əsgərdən ibarət hərbi qüvvəsini iyun ayının 30-da hakimiyyətin təhvilindən sonra müvəqqəti hökumət razılıq versə, İrada saxlamaq niyyətindədir. O, Britaniya qüvvələrinin İraqın təhlükəsizlik qüvvələrinə yardım edəcəyini bildirmişdir.

XS
SM
MD
LG