Accessibility links

Keçmiş diplomatlar Buşa səs verməməyə çağırır - 2004-06-14


Birləşmiş Ştatların təqaüddə olan 26 yüksək rütbəli hərbi xadimi və diplomatı amerikalıları noyabr ayı prezident seçkilərində prezident Buşa səs verməməyə çağırıb. Qrup nümayəndələri prezident Buşun xarici siyasətini tənqid edərək, onun müttəfiqləri Amerikadan uzaqlaşdırdığını, prezidentin İraq və Yaxın Şərq siyasətinin Amerikanın milli təhlükəsizliyinə ziyan vurduğunu demişlər. Diplomatlar arasında Amerikanın İsraildəki keçmiş səfiri Vilyam Harrop, Amerikanın Sovet İttifaqındakı keçmiş səfiri Cək Matlok və təqaüddəki admiral, Birləşmiş Ştatların hərbi qərargahlar rəisi Vilyam Qrov da yer alır.

XS
SM
MD
LG