Accessibility links

İstambulda İslam Konfransının yığıncağı keçirilir - 2004-06-14


Bu gün İstambulda 57 üzvlü islam ölkələri təşkilatının yığıncağı başlayıb. İraqın gələcəyi, Ərəb-İsrail münaqişəsi toplantıda müzakirəyə qoyulan məsələlər sırasındadır. Bundan əlavə İslam konfransına yeni baş katib təyin ediməlidir. Birləşmiş Ştatların qlobal terrorizmlə mübarizədə yaxın müttəfiqi və konfransa ev sahibliyi edən Türkiyənin 3 günlük toplantında islam dünyasında daha artıq demokratiya və müasirləşməyə çağıracağı gözlənilir. İslam konfransının üzvləri İraqda suverenliyin İraq xalqına tam təhvili və İraqda ərazi bütövlüyünün qorunmasına səsləyəcəklər. İraqla ortaq sərhədlərə malik olan İran, Suriya və Türkiyə İraqın kürd, şiə və sünnülər arasında parçalancağından ehtiyat edirlər. Bu üç ölkəni ən çox narathat edən məsələ İraqda bu ölkələrdə yaşayan kürdlərin separatist hərəkatını gücləndirə bilən kürd dövlətinin yaradılmasıdır. Konfransda İsrailin İordan çayının qərb sahili və Qəzza bölgəsindəki siyasəti də diqqət mərkəzinə çəkiləcək. Türkiyə İsraillə yaxın iqtisadi və hərbi əməkdaşlıq əlaqələrinə görə ərəb dövlətlərinin kəskin tənqid hədəfinə çevrilib. Türkiyənin baş nazri Rəcəb Teyyub Ərdoğan bu yaxınlarda israilli həmkarı Ariyel Şaronin siyasətini tənqid edərək, bu yahudi dövlətinin fələstinlilərə qarşı terrorizmə əl atdığını demişdi. Türkiyənin bu kimi tənqidi çıxışları islam konfransına baş katibliyə namizədliyini irəli sürən nümayəndəsinin seçilmə şanslarını artıra bilər.

XS
SM
MD
LG