Accessibility links

BMT nüvə agentliyi İrana qarşı sərt qətnamə hazırlayır - 2004-06-15


Beynəlxalq Nüvə Enerjisi Agentliyi idarə heyətinin diplomat üzvləri Vyanada görüşərək İranı öz nüvə proqramını dayandırmağa səsləyən qətnamə üzərində danışıqalara başlayıblar. 35 millətin üzv olduğu Beynəlxalq Nüvə Enerjisi Agentliyi idarə heyətinə daxil olan diplomatlar öz ölkələrinin paytaxtları ilə məsləhətləşərək bağlı qapılar arxasında İranın nüvə fəaliyyətinə dair qətnamə üzərində ümumi razılığa gəlməyə çalışırlar.

Britaniyaə Fransa və Almaniya tərəfindən irəli sürülmüş qətnamə layihəsi İranı öz uran çevirmə mərkəzinin fəaliyyətini dondurmağa və ağır su reaktorunun tikintisini dayandırmağa səsləyir.

Malayziya və Pakistan kimi bitərəf ölkələr isə mətnin tonunu yumşaltmışlar. Belə ki, qətnamə layihəsinin hazırkı mətni Tehranı sadəcə olaraq nüvə proqramının bu sahəsini davam etdirməyi düşünüb daşınmağa çağırır. Amma bütün hallarda qətnamə layihəsi İranı tənbeh edir və həmin ölkəni Beynəlxalq Nüvə Enerjisi Agentliyi ilə olan problemləri çözməyi israr edir.

Beynəlxalq Nüvə Enerjisi Agentliyinin rəhbəri Mohamed Əl Baradei idarə heyəti qarşısında söyləyib ki, İranın hərəkətləri belə davam edə bilməz.

Birləşmiş Ştatların Agentlikdəki səfiri Kenneth Brill müxbirlərə deyib ki, Məhəmməd Əl Baradeinin hesabatı onun şübhələrini təsdiqləyib: “Belə hesab edirəm ki, Əl Baradinin hesabatı, idarə heyətinin əvvəl açıqladığı 4-5 hesabatla birlikdə götürəndə, aydın şəkildə göstərir ki, İran tamlıqla öz öhdəliklərinə riayət etmir, və ona görə də biz bu qənaətdəyik ki, onlar müəyyən şeyləri bizdən gizlətməyə çalışırlar, və bunun da yalnız bircə səbəbi ola bilər: İranın nüvə proqramına elə şeylər daxildir ki, onlar bu barədə ictimaiyyətin xəbər tutmasını istəmirlər, və bu da bizim zənnimizcə nüvə silahları proqramıdır.”

Birləşmiş Ştatlar və idarə heyətinin başqa üzvləri İrana vaxt limiti müəyyən edilmiş müddət ərzində İrana əməkdaşlıq etmək üçün daha çox təzyiqin tətbiq edilməsini istəyirlər.

XS
SM
MD
LG