Accessibility links

Prezident Buş Ağ Evdə İordaniya kralı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib - 2004-06-15


Prezident Buş Ağ evdə İordaniyanın Kralı Abdullah ilə İraq məsələsi və İsrailin Qəzzə zolağından hərbi qüvvələrinin çıxarılması təklifini müzakirə edib. Ağ Evin mətbuat üzrə katibi Scott McClelan deyir ki, iki lider təkrar görüşmələri haqqında qərar qəbul ediblər. Buna səbəb, Kral Abdullahın sabiq prezident Reyqanın dəfn mərasimilə əlaqədar Birləşmiş Ştatlarda səfərdə olmasıdır. Kral Abdullah dünən Dövlət Katibi Kolin Pauel ilə görüşmüşdü. Jordan Petra xəbərlər agentliyi bildirir ki, Kral Abdullah və cənab Pauel İsrail-Fələstin sülh prossesi və bu ayın axırında hakimiyyətin İraqın müvəqqəti hökumətə təhvil verilməsi məsələləri müzakirə ediblər.

XS
SM
MD
LG