Accessibility links

NMR-da jurnalistlər təzyiqlərə məruz qalır - 2004-06-16


Parisdə yerləşən beynəlxalq “Sərhədsiz reportyorlar” qrupu Azərbaycan hökumətini Naxçıvan Muxtar Respublikasında jurnalistlərin hüquqlarının müdafiəsinə çağırıb. Qrupun bildirdiyinə görə Turan informasiya agentliyi və Azad Avropa, habelə Azadlıq qəzetinin müxbirləri -Məhəmməd Rzayev və Məlahət Nəsibova səlahiyyətili nümayəndələrin davamlı təzyiqlərinə məruz qaldıqlarından şikayətləniblər. “Sərhədsiz reportyorlar” qrupu respublikanın ali məclisinin sədri Vasif Talıbovu jurnlaistlərin hüquqlarının müdafiəsinə səsləyir. Müxbirlər yerli müxalifətə qarşı təzyiqlərlə bağlı məlumat verdiklərinə görə polisin hədə-qorxuları ilə üzləşmişlər.

XS
SM
MD
LG