Accessibility links

Səudiyyə Ərəbistanında girov götürülmüş Pol Consonun başı kəsilib - 2004-06-18


Son məlumatlara görə Səudiyyə Ərəbistanında girov saxlanılan Pol Consonun başı kəsilib. Dünəndən, Səudiyyə təhlükəsizlik qüvvələri paytaxt Riyadda islamçılara rəğbətlə yanaşılan bəzi rayonlarda axtarış keçirirdilər ki. girovu azad etsinlər. Birləşmiş Ştatların rəsmiləri 49 yaşlı Pol Conson şənbə günü girov götürülddüyü vaxtdan Səudiyyə rəsmiləri ilə yaxından əməkdaşlıq edirdilər. Cənab Consonun yaxınları və Səudiyyə Ərəbistanının yüksək səviyyəli dini nümayəndəsi onu azad etmək üçün girovdarlara müraciət etmişdilər. Hələ bundan əvvəl Dövlət Departamenti Amerika vətəndaşlarını dərahl krallığı tərk etməyə çağışrmışdı.

XS
SM
MD
LG