Accessibility links

Falluca şəhərində terrorçunun evinə hücum olub - 2004-06-19


Birləşmiş Ştatların Brigada Generalı Mark Kimmitt bildirib ki, Falluca şəhərindəki terrorçu Əbü Musab Əl-Zarqavinin yaşadığı evə edilən hava hücumu nəticəsində bir neçə terrorçü qətlə yetirilib. Lakin onların arasında Əl-Zarqavinin olduğu hələlik bilinmir. Falluca şəhərinin sakinləri isə bildirirlər ki, Amerikanın hərbi təyyarəsinin şəhərin yaşayış məntəqəsinə raketlər atması nəticəsində iki ev dağılıb. Bu arada Birləşmiş Ştatların hərbi rəsmiləri deyirlər ki, Bağdadın şimalında Amerika əsgərləri ilə qiyamçılar arasında qarşıdurma zamanı bir əsgər həlak olub. Bağdadın cənubunda da yola yerləşdirilmiş bombanın partlayışı nəticəsində potuqaliyalı bir əsgər və bir İraq polisi həlak olub.

XS
SM
MD
LG