Accessibility links

Prezident Buş iqtisadi vəziyyətin yaxşılaşdığını deyib - 2004-06-19


Prezident Buş deyib ki, Birləşmiş Ştatların iqtisadiyyatı daha da güclənir, lakin dövlətin vergi ixtisarları və azad ticarət davam etməlidir. Həftəlik radio müraciətində cənab Buş Əmək Nazirliyinin məlumatına əsaslanaraq deyib ki, keçən ilə nisbətən işsizliyin səviyyəsi 50%-dən 46%-ə enib. O, deyib ki, amerikalılar çox çalışarlarsa və Vaşinqton yaxşı siyasət apararsa iqtisadi vəziyyət daha da yaxşılaşar. Texas ştatından demokrat Nik Lampson isə bu çıxışa cavab olaraq deyib ki, prezident Buş və konqresdəki respublikaçılar demokratlara qoşulub Amerikadan işlərin başqa dövlətlərə keçirilməsinin qarşısını almalıdırlar.

XS
SM
MD
LG