Accessibility links

Vyetnam QİÇS-lə mübarizəyə yardım proqramına salınıb - 2004-06-23


Buş administarsiyası QİÇS-lə mübarizəyə yardım siyahısında Vyetnama 15-ci yeri verib. Beləliklə, Vyetnam Afrika və Karib dənizi hövzəsi ölkələri xaricində prezident Buşun 15 milyardlıq yardım planında yer alan birinci ölkə olur. Bu gün Filadelfiyada çıxış edən prezdent Buş Vyetnamın bu proqrama salınmasını ölkədə QİÇS xəstəliyinə səbəb olan HİV vurisuna yoluxanların sayının artması ilə izah etmişdir. Prezident demişdir ki, Amerika bəşəriyyət tarixində ən böyük fəlakət olan QİÇS-lə mübarizədən geri çəkilməyəcək.

XS
SM
MD
LG